Ölkə futbolu
Kramarenko: "Azərbaycan - Rusiya matçında heç kimə azarkeşlik etməyəcəyəm" (Müsahibə)
Millimizin keçmiş qapçısı Dmitri Kramarenko Rusiya mətbuatına müsahibə verib. Həmin müsahibəni ixtisarlarla təqdim edirik:
- Syominlə harada rastlaşmışsınız?
- Tez-tez təlim-məşq toplanışlarında. Azərbaycan çempionatında çıxış edəndən sonra belə, Türkiyədə görüşmüşük. Onun köməkçisi Boris İqnatyevlə SSRİ-nin gənclər komandasından tanışıq. Moskva da dəfələrlə rastlaşmışıq.
- Eviniz haradadır?
- Moskvada. 1993-cü ildə Valeri Qazzayevin “Dinamo”suna oynamağa gələndən ora köçmüşəm. Gör, neçə il keçib. İki əkiz qızım böyüyür, hansı ki, biri yaxınlarda bədii gimnastika üzrə Rusiya çempionu oldu.
- Rusiya ilə Azərbaycan oynayanda kimə azarkeşlik edəcəksiniz?
- Heç kimə. Açığı, Berti Foqtsun təbliğ etdiyi futbol bir o qədər də xoşuma gəlmir. Düşünürəm ki, onun 5 ildən artıq burada olduğu müddətin nəticəsi kimi hücumda daha maraqlı oynamaq olardı. Səfərdə başa düşüləndi, bu, hələ “Neftçi”nin Sovet İttifaqı dönəmində belə “xəstəliyi” vardı. Ancaq yığma evdə də topu öz cərimə meydançasından uzaqlaşdırmaq üçün hara gəldi vurur.
- Foqtsun istefası barədə söhbət getmir?
- Bu cür sual dəfələrlə qoyulub. Mən özüm də soruşmuşam ki, niyə ona həmişə güvənirlər. Axı onun dönəmində nəticələrdə nəzərəçarpacaq bir şey yoxdur. Amma 8 xal rekordu və sonuncu oyundan sonra Azərbaycanda onunla müqavilənin yenilənəcəyinə dair söhbətlər getməyə başladı. Ancaq hesab etmirəm ki, bir oyuna görə qiymət vermək olar. Üstəlik, biz bir ildən çox idi ki, evdə qalib gələ bilmirdik.
- Siz Foqtsun dönəmində millidə oynamamsınız?
- Xeyr. Millidəki 10 ilimdən sonra çıxışımı başa vurdum. Səbəb isə federasiyanın əvvəlki rəhbərliyi ilə aramızda fikir ayrılığının olması idi. İstəyirdim uşaqlara qonorar versinlər, sözlərini tutsunlar. Mən yığmada oynadığım sonuncu illərdi bir cür söz verirdilər, amma başqa şey edirdilər. Artıq hər şey qaydasına düşüb. Vətənpərvər olmaq lazımdır, ancaq əməyə görə insanlara pul da ödənməlidir. AFFA-nın prezidenti postuna Rövnəq Abdullayevin gəlişindən sonra milli üçün hər şey edilir. Ölkə başçısı İlham Əliyev idmanın inkişafına böyük diqqət göstərir.
- Portuqaliya - İsrail matçına qədər (1:1) futbolçuların hər birinə 127 dollar qonorar söz verilmişdi. Vəziyyətin bir qədər dəyişməsi ilə əlaqədar məbləğ azaldılmayacaq ki?
- Əgər federasiya prezidenti belə bir söz veribsə, demək yerinə yetiriləcək. O, öz sözünü heç vaxt dəyişmir. Onun gəlişindən və bu cür qonorarların təyin olunmasından sonra komanda hər bir oyunda döyüşür.
- 127 min rekorddur?
- Yəqin ki, belə məbləğ heç vaxt olmayıb. Ancaq deyilənə görə, futbolçular İsraillə heç-heçənin müqabilində (1:1) 50-60 min, Şimali İrlandiya üzərində qələbənin qarşlığında isə 100 min alıblar. Puldur da, nə deyim.
- Azərbaycanlı oyunçular barəsində daha çox şey bilmək istərdik...
- Əvvəlcə komanda barədə danışım. İlk qələbəsini sonuncu oyunda qazanmasına baxmayaraq, Azərbaycan millisi möhkəm komandadır. İsrailə heç bir oyunda uduzmadılar, Moskvada oyunun sonlarında penalti qolu ilə yenildilər. Uşaqlar oynamağı bacarırlar.
- Abışov daha yaradıcıdır?
- Hə, topla yaxşı davranır. Başla yaxşı oynayır, hərdən qol da vurur.
- Onun hansı keyfiyyətləri Kurban Berdıyevi cəlb edib?
- Ucaboy oğlandır, topla yaxşı oynayır, meydanı görür. Bu keyfiyyətlərinə görə digər yerli oyunçulardan fərqlənir. Bildiyim qədər Kazan klubun əsas heyətində nadir hallarda görünür. Düzünü deyim ki, onun icarə əsasında “Qəbələ”yə gəlməsini istərdim. Hər halda “Rubin”də oyanmır. Ancaq hələlik onu bura gətirmək alınmır.
- O, istəmir, yoxsa klub buraxmır?
- Məncə, bu, qarşılıqlı qərardır. Rusiya Premyer Liqası daha səviyyəli turnirdir və o, özünü göstərmək istəyir. Prinsipcə, o, istədiyi vaxt qayıda bilər.
- Onu Azərbaycanın ən yaxşı oyunçusu adlandırmaq olar?
- Mənim üçün ən yaxşısı Rəşad Sadıqovdur. Ancaq hücum xəttini götürsək, Rauf Əliyevin adını çəkmək olar.
- Sizcə, Azərbaycanın Rusiyaya badalaq vurma ehtimalı realdır?
- Düşünürəm ki, Rusiya artıq əsas tapşırığın öhdəsindən gəlib. Düzdür, rəsmiləşməyib, ancaq Portuqaliyanın İsraillə heç-heçəsindən sonra qrupda ikinci yeri tutmaq ehtimali milyonda birdir. Baş məşqçi və futbolçular yaxşı bilirlər ki, arxayınlaşmaq olmaz.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Klublar Komitəsinin iclası keçirilib
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib
-
15:51
II Liqada hakim təyinatları
-
15:38
Azərbaycan üzgüçüləri Rusiyada 9 medal qazanıblar
-
15:17
Millimizin yeni rəqibi açıqlandı
-
14:49
“Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
-
14:22
Azərbaycan Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri dəqiqləşib
-
14:05
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
-
13:53
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
-
13:36
Azərbaycanı Avropa çempionatlarında 22 samboçu təmsil edəcək
-
13:14
Millimizin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
-
12:47
Azərbaycan kuboku: Final öncəsi kapitanlardan atmacalı açıqlama
-
12:28
İldar Alekperov: "Həlledici zərbələr çatışmırdı"
-
11:59
Region Liqasında yarımfinal mərhələsinin təqvimi müəyyənləşib
-
11:31
Azərbaycanlı futbolçunun komandasında qalmaqal: "5 aydır köhnəlmiş çörək yeyirik"
-
11:15
"Neftçi"nin təkrarlanan antirekordu