8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Neftçi" ilə "Qəbələ"nin 64-cü dueli

Bu həftə Misli Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” turun ilk oyun günündə səfərdə “Neftçi” ilə qarşılaşacaq.

8-ci kilometr qəsəbə stadionunda keçiriləcək matç rəqiblərin 64-cü dueli olacaq. Komandalar indiyədək 63 dəfə görüşüb. Hesabında 18 qələbə olan “Qəbələ” 17 heç-heçə edib və 28 dəfə məğlub olub. Rəqib qapısına 74 qol vuran "Qəbələ" 91 top buraxıb.

Bu oyun Premyer Liqa çərçivəsində 59-cu duel olacaq. Əvvəlki 58 matçda 17 qələbəsi olan "Qəbələ" 14 dəfə bir xalla kifayətlənib və 27 dəfə uduzub. Rəqib qapısına 67 dəfə yol tapan “qırmızı-qaralar” 86 top buraxıb.

 “Neftçi” ilə səfərdə 32-ci dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 14 dəfə uduzub. "Qəbələ" səfərdə 36 qol vurub, 45-ni buraxıb.

Xatırladaq ki, aprelin 14-də keçiriləcək matç 20:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31