9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Şagirdlər “Neftçi”nin qonağı oldular

Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da 57 №li tam orta məktəbin müəllim, 6-11-ci sinif şagirdləri, həmçinin “Məktəblinin dostu” layihəsinin əməkdaşlarından ibarət “İdmansevərlər” qrupunun iştirakı ilə stadion turu təşkil olunub.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, qonaqlar klubun muzeyi, fan-şop, komandamıza aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olub, meydançaya ayaq basıblar.

Daha sonra “Türk Hava Yolları Futbol Mərkəzi”nə yollanan “İdmansevərlər” qrupunun üzvləri əsas komandamızın məşqini izləyib, futbolçularla söhbətləşib, şəkil çəkdirib və onlardan avtoqraf alıblar. Sonda bir-birinə hədiyyə təqdim edən tərəflər xatirə şəkli çəkdiriblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31