9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Dursun Özbek: "Qalatasaray"ı Qarabağda görmək istəyirəm"

"Azərbaycanlı qardaşlarımız bizi çox gözəl qarşıladılar. Onlara buradan yenidən təşəkkürümü bildirirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu haqda "Qalatasaray"ın prezidenti Dursun Özbek "Qarabağ"la Bakıda keçirilən xeyriyyə görüşü barədə danışarkən deyib.

Dünən klubun idarəçiləri və iş adamları üçün təşkil olunan iftar məclisində çıxış edən D.Özbek bildirib ki, bu matçın önəmi böyük olub: "Azərbaycanın 80 faizi "Qalatasaray"lıdır. 65 minlik stadionda 62 min 500 tamaşaçı vardı. Əksəriyyəti "Qalatasaray"a azarkeşlik edirdi. Cənab Prezident İlham Əliyevin və xanımının matçda iştirak etməsi oyuna ayrıca gözəllik bəxş etdi. Özü ilə görüşmək fürsətim də oldu", - deyə D.Özbək bildirib.

D.Özbek "Qarabağ"la əməkdaşlıq barədə də danışıb: "Tahir başqana ("Qarabağ"ın prezidenti Tahir Gözəl - red.) söylədiyim kimi, iki komandanın işbirliyinin inkişafını istəyirik. Edə biləcəyimiz çox şey var. Cənab Əliyevə Qarabağda meydanın hazırlanmasının və orada oyun keçirmək istədiyimizi söylədik. Mən "Qalatasaray"ı orada görmək istəyirəm. Qarabağda oynamaq istəyirəm. Çox anlamlı olardı. Özü də bu istəyimlə bağlı təlimatlar verdi. Böyük ehtimalla bir hazırlıq oyunumuzu də Qarabağda keçirəcəyik".

Özbək ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bu il türkdilli dövlətlərin komandalarının iştirakı ilə turnir keçirmək istədiklərini də söyləyib: "Həmin yarışda türkdilli ölkələrdən bir komandanın iştirakı istəyirik. Bununla onun xatirəsini anmış olarıq. Bu təklif də yaxşı qarşılandı".

Özbek onu da deyib ki, "Qalatasaray" mağazalarında "Qarabağ"ın formalarının satılması üçün anlaşıblar: "Onlar da "Qalatasaray" formalarını öz mağazalarında satacaqlar. Məqsədimiz iki ölkənin qardaşlığının idmana da sirayət etməsidir. "Qalatasaray" bu məqsədlə əlindən gələni edəcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31