9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Ayxan Abbasov: "Oyun planında artırmalıyıq"

"Hər oyun, hər xal vacibdir. Məğlub olmaq olmazdı. Birinci hissədə oyunumuz alınmadı. Futbolçularda gərginlik var idi. Rəqib qol vurdu, sonra da epizodlar yaratdılar. İlk yarının sonunda vurduğumuz qol ikinci hissədə daha etibarlı oynamağa imkan yaratdı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turunda bu gün "Səbail"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "İkinci hissədə istədiyimiz futbolu oynadıq. Belə matçlarda əvvəldən heç-heçə düşünmək yanlışlıq olar. Birinci hissənin ilk 20 dəqiqəsində oyun mərkəzdə gedirdi. Ötürmələrdə səhvlərə yol verdik. İkinci hissədə aktiv idik, topa sahib olduq, cinahlardan hücumlar etdik. Davam etmək lazımdır. Oyun planında da artırmalıyıq. Qarşıda fasilə var. Bundan yaxşı istifadə etməliyik. Həm kubokda, həm çempionatda sıx qrafikə girəcəyik. Geniş heyətimiz yoxdur. Maksimum rotasiyalarla bu qrafikdən yaxşı çıxmaq lazımdır.

A.Abbasov 4 oyundur qələbə qazana bilmədikləri ilə bağlı da danışıb: "Motivasiya baxımından elə bir problem yoxdur. "Zirə"yə qarşı yaxşı oynasaq da, məğlub olduq. Çempionatda belə 4-5 oyunluq seriyalar olur. İkinci dövrədə də bunu yaşamışıq. Qalib gələ bilməyəndə məğlub olmaq olmaz. Hər xal dəyərlidir. Futbolçular istəklidir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31