7 May 2024, Çərşənbə axşamı
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu

Ölkə futbolu

“Beşiktaş” Azərbaycanda yoxlama oyunu keçirəcək

Türkiyənin “Beşiktaş” klubu Azərbaycanda yoxlama görüşü keçirəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, bu iddia ilə “Sabah” nəşri çıxış edib.
 
Bildirilib ki, İstanbul təmsilçisi zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə iki ölkədə yoxlama görüşü təşkil edəcək.
 
“Ağ-qaralar” əvvəlcə bu ay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı Almaniya təmsilçilərindən biri ilə üz-üzə gələcək. Hazırda Mönxenqladbax “Borussiya”sı və “Leyptsiq”lə danışıq aparılır.
 
Şenol Günəşin yetirmələri Super Liqanın bu mövsümkü təqviminə əsasən istirahət edəcəyi müddətdə - 9-30 aprel aralığında isə Azərbaycana səfər edəcək. “Qara qartal” adı açıqlanmasa da, Azərbaycanda bir yerli klubla xeyriyyə xarakterli yoxlama görüşü keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31