7 May 2024, Çərşənbə axşamı
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da

Ölkə futbolu

AFFA erməni təxribatının qarşısını almaq üçün lazımi addımları atacaq - AÇIQLAMA

“AFFA həmişə milli komandanın istənilən səfər oyunundan öncə matçın keçiriləcəyi ölkədəki səfirliyə məktubla müraciət edir, oyunla bağlı məlumat verir və müvafiq tədbirlərin görülməsini xahiş edir”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

Bu gün məlum olub ki, İsveçdəki erməni icmasının üzvləri martın 27-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu ölkənin Stokholm şəhərində keçiriləcək İsveç - Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar.

F.Abdulla bildirib ki, AFFA erməni təxribatının qarşısını almaq üçün lazımi addımları atacaq:

“Belə bir informasiya ortaya çıxdıqdan sonra təbii ki, AFFA tərəfindən UEFA-ya və İsveç Futbol Federasiyasına müraciət olunacaq. Eyni zamanda İsveçdəki səfirliyimizə də. Ümid edirik ki, hər hansı bir insident, problem yaşayanmayacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31