9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Neftçi”də keyfiyyətli oyunçu qıtlığı var”

“Neftçi”də keyfiyyətli oyunçu qıtlığı var. Rəqabətin olmaması səbəbindən komandada axmasalar yaşanır”.

Bu sözləri Futbolxeber.az saytına müsahibəsində milli komandamızın məşqçisi Arif Əsədov deyib.

“Neftçi”nin sabiq futbolçusu və məşqçisi olan Əsədov keçmiş klubunun  son zamanlar uğursuz çıxış etməsinə münasibət bildirib.

O, “ağ-qaralar”ın lazımi nəticələri qazana bilməməsinin səbəbini belə izah edib: “Neftçi” hələ də heyətini stabilləşdirməyib, komanda hələ də axtarışdadır, daim baş məşqçiyə yeni oyunçular təklif olunur. Qış fasiləsində də heyətdə müəyyən dəyişikliklər oldu. Bəzi futbolçular komandadan ayrıldı, eləcə də yeni gələnlər oldu. Onların da uyğunlaşması üçün müəyyən qədər zaman tələb olunur. Belə olanda isə komanda qeyri-stabillik yaşanır, bu da nəticələrə təsir göstərir”.

“Neftçi”nin heyətlə bağlı əsas problemi nədir” sualını isə Əsədov belə cavablandırıb: “Əsas problemlərdən biri təcrübəli, oyunun taleyini həll edə biləcək yerli futbolçuların yoxluğudur. Məhz bu məqam “Neftçi”nin çıxışına mənfi təsir edir”.

İbrahim CƏFƏROV

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31