9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Səbail”də yubiley

Azərbaycan Premyer Liqasının XX turu “Səbail”in futbolçusu Cabir Əmirli üçün yubileylə əlamətdar olub. 

Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi çempionatda 100-cü oyununu keçirib. Bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. Cabir 100 qarşılaşmada 2 qola imza atıb.

Müdafiəçi Premyer Liqada 2016/17 mövsümündə debüt edib. O, bu müddətdə 4 klubun formasını geyinib. “Keşlə”də 45 (1 qol), “Səbail”də 44 (1) dəfə şans qazanan arxa xətt oyunçusu “Sumqayıt”da 7, “Neftçi”də 4 oyuna çıxıb.

Bu qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Bakı klubu qələbəsiz oyunlar və məğlubiyyət seriyalarına son qoyub. Sonuncu dəfə 2022-ci oktyabrın 8-də “Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “Səbail” 115 gündən sonra 3 xal qazanıb. Bu müddətdə 10 qələbəsiz matç keçirən komanda 2 heç-heçədən sonra ardıcıl 8 dəfə uduzub (pfl.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31