9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Qurban Qurbanov: “Hələ “Gent”lə oyuna hazır deyilik”

“Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Bu gün istədiyimiz idman formasında deyilik. İstərdim ki, topla daha düzgün, tez rəftar etsinlər. Təşkilatlanmış komandaya qarşı oynayırdıq. Komandam diqqətli oynadı. Yalnız qapımızda qol gördüyümüz epizodda diqqətsizlik oldu. “Şamaxı”ya uğur arzulayıram”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Şamaxı”nı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Komandanızı “Gent”lə oyunlara hazır hesab edirsiz?

- Hələ yox. Qarşıda bir neçə oyun var. Həmin matça qədər heyəti tam müəyyənləşdirməyə, fiziki və texniki durumu yaxşılaşdırmağa çalışacağıq. İndi tam hazır deyilik.

- Fevralın 2-nə qədər qapıçı transferini reallaşdırmağa çalışacağınızı demisiz. Bizdə transfer pəncərəsi daha gec bağlanır...

- Fevralın 2-nə qədər sifariş ərizəsini UEFA-ya təqdim etməliyik. Ona kimi transferi yekunlaşdırmağa çalışacağıq.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31