7 May 2024, Çərşənbə axşamı
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu

Ölkə futbolu

Elmar Baxşıyev: "Yeni oyunçuların olması mütləqdir"

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Antalyada təlim-məşq toplanışı çərçivəsində Rumıniya "Sepsi"si ilə heç-heçə etdikləri oyunu (2:2) şərh edib.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, mütəxəssis matçın yaxşı alındığını deyib: 

"Hər iki komanda meydanda ən yaxşı keyfiyyətlərini göstərməyə çalışırdı. Əlbəttə, optimal formada deyilik. Amma gündən-günə komanda o formaya yaxınlaşacaq. Antalyada təşkil olunan təlim məşq toplanışı yaxşı keçir. Futbolçular məşqlərdə səylə çalışırlar. Qarşıda bizi ağır oyunlar gözlədiyini bilirlər. Transferlərlə bağlı yenilik yoxdur. Bəzi mövqelərə, daha çox hücuma meyilli yeni oyunçuların olması mütləqdir. Rafael Utziq xəstə olduğu üçün komandaya qoşulmayıb. Qarşıdakı günlərdə onun durumuna aydınlıq gələcəyinə ümid edirik. Mövsümün ikinci yarısı üçün hədəfimiz barədə danışmayacam. Komandamız əlindən gələnin ən yaxşısını etməyə çalışacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31