7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

"Sumqayıt" "Arsenal"ın azərbaycanlı futbolçusunu transfer edir

Rusiyanım "Arsenal" klubunun futbolçusu Kamran Əliyev karyerasını Azərbaycanda davam etdirəcək.

Futbolxeber.az saytının məlumatına görə, əslən Azərbaycandan olan 25 yaşlı hücumçu "Sumqayıt"ın Türkiyədəki düşərgəsinə gəlib.

Onunla qarşıdakı günlərdə 2,5 illik müqavilə imzalanacağı gözlənilir. 

Qeyd edək ki, əslən Kamran Bakıda anadan olub və uşaq yaşlarında ailəsiylə birgə Rusiyaya köçüb. Onun peşəkar karyerası Rusiyaya - həm Premyer Liqaya, həm də I Diviziona bağlı olub. 

Əliyev yetirməsi olduğu "Ximki"də daha çox çıxış edib, həmçinin "OİK-Xabarovsk"da oynayıb. O, keçən yay Tula klubuna keçərək, I dəstədə 14 oyunda 3 qol vurub.

Onu da bildirək ki, Kamran U-20 yığmamızın heyətində Bakıda 2 yoldaşlıq görüşündə çıxış edib. O, eyni zamanda Rusiya yığmasında qeyri-rəsmi matçlarda forma geyinib (Sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31