7 May 2024, Çərşənbə axşamı
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı

Ölkə futbolu

Murad Musayev PRO lizensiyası almasından danışdı

“Sabah”ın baş məşqçisi Murad Musayev UEFA-nın PRO lizensiyası almasına münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, "Sport-ekspress" qəzetinə müsahibəsində 39 yaşlı mütəxəssis deyib: 

"UEFA ilə əlaqə saxlamamağımız (Rusiya nəzərdə tutulur - red.) əvvəlcə yanlış tezisdir. Milli komandanın və klubların (Rusiyanın) beynəlxalq yarışlarda iştirakı ilə bağlı ən ağrılı və vacib məsələ istisna olmaqla, UEFA ilə əlaqəmiz bütün məsələlərdə dəyişməyib. Buna görə də, təhsil fəaliyyəti ilə bağlı bütün məsələlər, o cümlədən, təhsil lisenziyalarına görə bağlı UEFA ilə əlaqəmizi davam etdiririk. Pro lisenziyasının alınması iki il davam edən və lisenziyanın alınması ilə başa çatan prosesin məntiqi davamı idi". 

M.Musayev bildirib ki, lisenziya alındıqdan sonra heç bir böyük dəyişiklik olmayıb. Mütxəssis PRO-nu almaqdan şad olduğunu etiraf deyib. Bununla belə, o qeyd edib ki, hazırlıq kursları onun üçün asan olmayıb. Çünki buna görə müxtəlif şəhər və ölkələrə uçmalı olub.

Xatırladaq ki, dünən yayılan xəbərə görə, Rusiya Futbol İttifaqında 2020-ci ildən hazırlıq keçən M.Musayevə UEFA-nın Pro kateqoriyalı məşqçilik lisenziyası verilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31