7 May 2024, Çərşənbə axşamı
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu

Ölkə futbolu

Höccət Haqverdi: "Hər bir futbolçu “Nefti”də oynamaq istəyər”

“Əla hisslər keçirirəm. Mən əvvəllər Azərbaycanda olmuşam. “Neftçi”ni tanıyıram, böyük klubdur. Əlbəttə ki, hər bir futbolçu “Nefti”də oynamaq istəyər. “Neftçi” çox tanınmış klubdur, böyük tarixə malikdir. Komandanın çoxlu azarkeşləri var. Çox xoşbəxtəm”. 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Höccət Haqverdi klubun televiziyasına açıqlamasında deyib. 29 yaşlı müdafiəçi paytaxt təmsilçisinə keçidi barədə danışıb. O, "Neftçi"də özünü göstərmək üçün çox istəkli olduğunu deyib:

"Burada öz oyunumu göstərmək üçün çox istəkliyəm. İran çempionatında fasilə yaranmışdı. Təbii ki, hər bir çempionatda fasilə olanda futbolçular istirahətə gedirlər. Amma peşəkar futbolçu kimi öz bədəninin qayğısına qalmalısan. Bir neçə gün istirahət etdikdən sonra məşqçimlə birlikdə məşqlərə başladım. İndiki halda özümü 80 faiz hazır hiss edirəm. Komanda ilə məşqlərə qoşulmalıyam ki, özümü 100 faiz hazır hiss edim".

H.Haqverdinin sözlərinə görə, komandanın və özünün inkişaf etməsi üçün rəqabət vacibdir: "Əlbəttə ki, uğur qazanmaq istəyirsənsə, futbolçular arasında rəqabət olmalıdır. Bu, daha maraqlı olur. Hər bir futbolçu start heyətdə yerini möhkəmləndirmək üçün mübarizə aparmalıdır. Bu, təkcə mənim üçün deyil, komandanın uğurları üçün də faydalıdır".

Millimizin üzvü olan H.Haqverdi bildirib ki, artıq baş məşqçi Laurentsiu Regekampfla da söhbətləşib: "Buraya gələndən sona baş məşqçi ilə aramızda danışıq oldu. O, mənim hazırkı vəziyyətim, hazırlığım haqqında suallar verdi. Məndən nələr istədiyini izah etdi. Hər şey mənə aydın oldu. Hər şey qaydasındadır".

Futbolçu deyir ki, "Neftçi"nin çempionluq uğrunda yarışmasını istəyir: "Bayaq vurğuladığım kimi, "Neftçi" böyük addır. Nəinki Azərbaycanda, hətta başqa ölkələrdə də. Yəni, biz 2-ci, 3-cü, 4-cü yerlər uğrunda yox, çempionluq üçün mübarizə aparmalıyıq. Bu, mənim əsas məqsədimdir. Çempionatda birinci yer uğrunda mübarizə aparmalıyıq və kuboku əldə etməliyik. Ümid edirəm ki, bundan sonra Avropada da uğur qazanarıq".

Qeyd edək ki, H.Haqverdinin son klubu "Traktor" olub. Futbolçu ötən gün "Neftçi" ilə 1,5 illik müqavilə imzalayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31