8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Macar məşqçi: “Neftçi”yə qarşı mükəmməl oyun olacaq”

“Azərbaycanın birinci dərəcəli komandası olan “Neftçi”yə qarşı mükəmməl keyfiyyətdə oyun olacağını düşünürəm”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Macarıstanın “Vaşaş” klubunun baş məşqçisi Elemer Kondas klubun “Neftçi” ilə keçiriləcək yoxlama görüşündən gözləntiləri barədə danışarkən deyib.

60 yaşlı çalışdırıcı bildirib ki, Türkiyənin Antalya şəhərində baş tutacaq qarşılaşma öncəsi komandası gərgin qrafikdə məşqlərini edir: “Məşqlərdə nəyi modelləşdirməyə çalışırıqsa, onu “Neftçi”yə, daha sonra isə digər rəqiblərə qarşı matçlarda görmək istəyirik. “Neftçi” ilə görüşdə futbolçuların cəmi 45 dəqiqəlik iş yükü olacaq. Çünki hər iki hissədə fərqli “11-lik”lə çıxış edəcəyik. Bu oyunda iştirak etməyənlər isə ritmdən düşməmək üçün matçın yükünə bərabər məşq edəcəklər”.

Qeyd edək ki, “Neftçi” - “Vaşaş” oyunu sabah keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31