7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Tərlan Əhmədov: “Futbolçularda geriləmə var”

“Yaranmış qısa fasilədən sonra futbolçularda geriləmə var”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov deyib.

52 yaşlı çalışdırıcı yanvarın 2-də start götürdükləri təlim-məşq toplanışını da dəyərləndirib: “Təlim-məşq toplanışından çox şey gözləyirəm. Futbolçuların daha istəkli, aqressiv olması və funksional hazırlığı önəmlidir. Çünki bizi 18 turluq ağır çempionat gözləyir. Bütün komandalar heyətlərini gücləndirir. Bəzilərində məşqçi dəyişiklikləri oldu. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq”.

Qeyd edək ki, “Kəpəz” hazırlığın ikinci mərhələsi üçün yanvarın 7-də Türkiyəyə yollanacaq. Ayın 19-dək Antalyada məskunlaşacaq gəncəlilər “MTK Budapeşt” (Macarıstan - 14 yanvar), “Novi Pazar” (Serbiya - 16 yanvar) və “Kaysar”la (Qazaxıstan - 18 yanvar) yoxlama görüşlərində qüvvəsini sınayacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31