7 May 2024, Çərşənbə axşamı
"Səbail" "Qəbələ"yə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”

Ölkə futbolu

Sezar Meza Kolli: “Neftçi”nin oyunlarına kənardan baxmaq çətin idi”

“Neftçi”nin paraqvaylı futbolçusu Sezar Meza Kolli klubun televiziyasına açıqlama verib. 

Futbolxenber.az saytının məlumatına görə, uzunmüddətli zədədən sonra “ağ-qaralar”ın Türkiyədəki təlim-məşq toplanışına qatılan 32 yaşlı yarımmüdafiəçi ölkəsindəki bərpa dönəminin onun üçün çətin keçdiyini söyləyib: 

“Bunlar artıq geridə qaldı. Hazırda özümü yaxşı hiss edirəm, kollektivlə birlikdə olduğum üçün xoşbəxtəm. “Neftçi”nin uğurlarına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. Heyətə düşəcəyimə inanmasaydım, indi burada olmazdım.“Neftçi”nin, demək olar ki, bütün oyunlarını izləyirdim. Kənardan baxmaq bir az çətin idi”.

Qeyd edək ki, yanvarın 20-dək Antalyada təlim-məşq toplanışında olacaq “Neftçi” 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31