7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Azərbaycanlı qapıçı dünya reytiqinin 10-luğuna düşə bilmədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə ölkə çempionatlarının yüksək liqalarında meydana çıxan ən yaşlı futbolçuların siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 10 oyunçunun yer aldığı reytinqə bolqarıstanlı qapıçı Georgi Petkov başçılıq edib.

O, ötən il ölkəsinin “Slaviya” klubunun heyətində iştirak etməklə 45 yaş 343 günlüyündə çərçivəni qoruyub. 2022-ci il fevralın 20-nə təsadüf edən Sofiya MOİK-i ilə görüşdə rəqibi ilə toqquşaraq qısa müddət huşunu itirən Petkov məhz bu səbəbdən bir daha iştirak etməyib.

Azərbaycan Premyer Liqasında 2022-ci ildə oynayan ən yaşlı oyunçu isə “Turan Tovuz”un qapıçısı Kamal Bayramov olub. Qolkiper XVIII turda “Qəbələ” ilə qolsuz bərabərə qaldıqları matçda 37 yaş 131 günlüyündə çərçivəni qoruyub. Ancaq bu, onun dünya reytinqində ilk “10-luğ”a düşməsinə kömək etməyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31