7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Aqanspahiç "Sumqayıt"dan gedişi barədə danışdı

Bosniya və herseqovinalı futbolçu Almir Aqanspahiçin "Sumqayıt"dan ayrılmasının səbəbi bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 27 yaşlı hücumçu sportklub.rs-a açıqlama verib.

Forvard bildirib ki, hər şey müqavilə ilə məxsus olduğu Serbiya "Çukariçki"sinin istəyilə gerçəkləşib: "Son matçımı dekabrın 24-də keçirdim. Klub məni icarədən geri qaytarmaq qərarına gəldi. Məşqçilər korpusu ilə razılaşaraq bir neçə gün istirahət etdim və Yeni ili doğma Sarayevoda qarşıladım. İndi isə yenidən doğma komandama qayıtdım".

"Sumqayıt"da əvvəlki baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında müntəzəm olaraq oynadığını söyləyən Aqanspahiç Samir Abasovun gəlişindən sonra ehtiyatda qaldığını vurğulayıb: "15 oyun keçirsəm də, bundan razı deyiləm. Qətərdə keçirilən dünya çempionatı zamanı Azərbaycan Premyer Liqasında fasilə olmadı".

Təcrübəli hücumçu ilk növbədə Azərbaycandakı stadionların infrastrukturunun, məşq şəraitinin onu çox təəccübləndirdiyini əlavə edib: "Sumqayıtda yeni arena tikilib, tezliklə açılışı olacaq. Digər tərəfdən, ölkədə “Qarabağ” kimi çox keyfiyyətli klublar var. Yeri gəlmişkən, "Çukariçki" Türkiyədəki hazırlıq zamanı onlarla yoldaşlıq oyunu keçirəcək".

Qeyd edək ki, "Sumqayıt" cari mövsümün əvvəlində icarəyə götürdüyü Almir Aqanspahiçlə yayadək müqavilə imzalamışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31