6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Ayxan Abbasov: “İkinci hissədə yorğunluq görünürdü”

“Bu gün xal qazanmaq istəyirdik. Bura inamlı gəlmişdik. Çox sevinirəm ki, bu sıx qrafikdə ən azı bir xal qazandıq. “Qəbələ” son oyunlarda yaxşı formadadır. Kubokda “Qarabağ” kimi komanda ilə çox yaxşı mübarizə apardılar. Bilirdik ki, bizə çətin olacaq. Birinci hissədə gümrah idik. İkinci hissədə isə yorğunluq görünürdü. Ümumən rəqibə təhlükəli epizodlar vermədik. Xal ehtiyatımızı artırdıq. Bəlkə daha da çox ola bilərdi. Amma düşünürəm ki, həm kubokda, həm çempionatda nəticəmiz pis deyil. Çalışacağıq ki, təlim-məşq toplanışında zədəlilərimiz geri qayıtsın. Ümid edirəm çempionatın ikinci hissəsində daha yaxşı olarıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan-Tovuz"un baş məşqçisi Ayxan Abbasov AzərbaycanPremyer Liqasının 18-ci turunda "Qəbələ" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Çempionatdan əvvəl rəqibləri təhlil edirik, büdcələrinə, transferlərinə baxırıq. Real deyək, digər komandalar var idilər ki, bizdən üstün idilər. Çempionatda ilk ilimizdir, futbolçular yeni komandaya gəliblər. Öz aramızda danışırdıq ki, mövsüm çətin keçəcək, mübarizə aparmaq lazımdır. Son pillələrdən üstdə olmaq istəyirdik. Hansı yerdə olacağımız maraqlı idi. Bəzi klublar gözlədiyimizdən zəif çıxış etdi. Bu, bizə üstünlük verdi. Oyundan-oyuna formaya düşdük, xallar qazandıq. Məncə, fikirləşdiyimizdən yuxarıdayıq. Bu mövqedən yuxarıya mübarizə aparmaq çətindir. Bəzi oyunlarda qalib gələ bilsəydik, "Qəbələ" və "Zirə" ilə xal fərqi az ola bilərdi. Amma real desək, bu nəticəni qənaətbəxş hesab edirəm", - deyə o bildirib. 

Mütəxəssis deyib ki, qışdan sonra bu yerdə qalmaq çox çətin olacaq: "Digər məşqçilərin müsahibələrini oxuyuram. Ən azı 4-5 transfer fikirləşirlər. Bu o deməkdir ki, güclənəcəklər. Müdafiə xəttində zədələrimiz üst-üstə oldu. Gənc futbolçulara şans verdik. Bir tərəfdən onlar qazandılar. Futbolçuların inkişafı üçün rəqabət olmalıdır. Üç transfer edə bilsək, mübarizə aparmaq olar".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31