6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Tərlan Əhmədov: "Nəticə layiqli oldu"

"Maraqlı və həyəcan dolu bir oyun gördük. İki məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi. Açığı, taktikada da dəyişiklik etmişdik. Komandamın hansı gücə malik olduğunu bilirdim". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində "Sabah"la oyundan sonra "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov deyib. 

Təcrübəli mütəxəssis 2:2 hesablı heç-heçəni belə şərh edib: "Ümumillikdə bu gün komanda yaxşı mübarizə apardı, döyüşdü. Rəqibə iki top da vurduq, əks-hücumda tutaraq. Çalışırıq ki, komandanı bir az dirçəldək. Fasiləyə qədər nə bacarırıqsa, xal toplayaq. Qışda cəlb olunacaq futbolçularla yeni bir komanda formalaşacaq. Azarkeşlərimiz bu gün heç-heçəyə də sevindilər. Onların sevinci bizim üçün hər şeydi. Gəncə futbol beşiyidir. Burada hamı futbolu daha yaxşı başa düşür. Azarkeşlərimizi bu bir xal ilə sevindirə bildik. Nəticə də layiqli oldu. Hər iki komanda qalib gələ bilərdi. Ədalətlisi heç-heçə idi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31