9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Ayxan Abbasov: "Rəqibin üstünlüyü standart vəziyyətlər idi"

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Zirə"yə məğlub olduqları (1:2) oyundan sonra mətbuat konfransı təşkil edib.

Futbolxeber.az saytının məlumatına görə, o, görüşlə bağlı fikirlərini bölüşərkən futbolçularının sona qədər mübarizə apardığını deyib:

"Maraqlı və mübarizəli oyun oldu. Hesabdan asılı olmayaraq futbolçularım sona qədər mübarizə apardılar. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Rəqibin üstünlüyü standart vəziyyətlər idi. Zədə səbəbindən bəzi futbolçuların olmaması müdafiədə boy fərqində rəqibdən geri qalmağımıza səbəb oldu. Bundan da istifadə etdilər. Qol buraxdıqdan sonra hücuma qoşulduq. Rəqibin əks-hücumda, xüsusilə də Keytanın aktiv olduğunu bilirdik. Qolumuzu da vurduq. Biraz diqqətli və aktiv ola bilsəydik növbəti qolu da vura bilərdik. Qarşıdan çətin oyun gəlir. Çalışacağıq ki, zədəlilərimiz də sıraya qayıtsın, bizə kömək etsinlər. Çünki belə sıx qrafikdə zədəlilərin çox olması bizə mane olur. Azarkeşlərimizə təşəkkür edirəm, yenə bizi yalnız buraxmadılar. 500 kilometr yol qət edib bizi dəstəklədilər. Udsaq da uduzsaq da daim bizi dəstəkləyirlər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31