8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Sevinirəm ki, belə bir rəqiblə oyunda uğurlu seriyanın davamını gətirə bildik"

"Oyuna itkilərlə çıxmışdıq. Amma onları əvəz edən oyunçularımız var idi. “Sabah” möhtəşəm komandadır. Ona görə sevinirəm ki, belə bir rəqiblə oyunda uğurlu seriyanın davamını gətirə bildik. 90 dəqiqə futbolçularım mübarizə apardılar. Onlara təşəkkür edirəm.  Futbolçulara çoxlu təzyiq olur. Amma biz bir ailəyik. Onları bağrıma basıram. Rəqibə uğurlar arzu edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 16-cı turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Şamaxıda olan ilk oyunda da görürdük ki, heç də sürpriz nəticəyə oxşamır. Həmin matçın əlavə vaxtında standart vəziyyət zamanı diqqətsizlikdən qol buraxdıq. Bu gün istədik ki, səhv etməyək. Hətta qələbə də qazana bilərdik. Uğurlu seriyanın ardı sürpriz ola bilməz", - deyə o bildirib.

Mütəxəssis daha sonra vurğulayıb: "Əvvəllər məğlub olurduq. Bu, çox çətin idi. Futbolçularım uzun marafonda olduğumuzu bilir. Ona görə sabahdan “Zirə” ilə matça hazırlaşacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31