8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Elmar Baxşıyev: “Hava şəraiti ilk dəqiqələrdən çətinlik yaratsa da...”

“Maraqlı qarşılaşma alındı. Hər iki komanda dinamik oynamağa çalışdı. Hava şəraiti ilk dəqiqələrdən çətinlik yaratsa da, sonradan hər iki tərəfə zövq verdi. Komanda şəklində hücumda daha çox olmağı planlaşdırırdıq. Bunun öhdəsindən gəldik. Komandanı təbrik edirəm. Layiqli qələbə qazandıq. Rəqib təzyiq göstərirdi və müdafiəyə çəkilməyimiz bunun nəticəsidir. Planımızda nə var idisə, onu da meydanda gördüm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baxşıyev Azərbaycan kubokunun “Qarabağ”la matçları barədə də danışıb: “Rəqibdən asılı olmayaraq hər oyun ağırdır. Düşünürəm ki, daha yaxşı hazırlaşacaq və mübarizə aparmağa çalışacağıq. Görüşlərə düzgün yanaşmaq və layiqli müqavimət göstərmək istəyirik”. 

Mütəxəssis Ülvi İsgəndərovun növbəti dəfə qələbə qolunu vurmasına da toxunub: “Futbolçularım universal olmağa çalışmalıdır. Ülvi İsgəndərov komandaya 9 xal qazandırıb. O, özünü heyət üzvü kimi hiss edir. Kənardan onun ehtiyat qüvvə olduğu görünə bilər. Amma İsgəndərov əsas heyət üzvüdür”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31