9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Mahmud Qurbanov: “İkinci hissədə uşaq səhvləri etdik”

“Uduzmaq heç kimə xoş deyil. Bura qələbə üçün gəlmişdik. Məğlub olanda oyunçulara daha çox irad bildirmək olur. Matça pis başlamadıq. Qolu da vurduq. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə uşaq səhvləri etdik. Premyer Liqada oynayan futbolçular belə səhv etməməlidir. Müdafiədən çıxanda etdiyimiz səhv qapımıza ikinci qolla nəticələndi. Hesabı bərabərləşdirmək alınmadı. Reallıq budur ki, məğlub olduq. Hələ ki, yerimizdə sayırıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. 

"Bu vəziyyətdən çıxmağa çalışırıq. Məğlubiyyətlər davamlı olanda komandanın içində ab-hava yaxşı olmur. Bir tərəfdən də buna öyrəşməli oluruq. Oyundan qabaq zədəlilərimiz var idi. Ehtiyat oyunçular skamyamız geniş deyil. Oyunu dəyişə biləcək futbolçularımız yoxdur. Qarşıda oyunlarımız var. Dəyişikliklər ola bilər. Bir oyunçuya yox, bütün oyunçulara iradımız var. Uduzmuşuqsa, səhv bizdədir. Məğlubiyyətdə fərd olaraq kimisə günahlandırmaq fikrimiz yoxdur. Həmişə uduzan baş məşqçilər olur", - deyə o bildirib
Qurbanov istefa verməkdən qorxmadığını vurğulayıb: "Həyatın hər sürprizinə hazıram. Tək futbolda yox, həyatda da. Komanda məğlub olursa, belə söhbətlər həmişə olacaq. Uduzmağı xoşlamıram. İstəyirəm ki, futbolçular da bunu dərk etsin. Məni ən çox narahat edən budur. Nə olacaqsa, klub rəhbərliyi qərar verəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31