9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Qurban Qurbanov: “Yaxşı çıxışla 3 xal əldə etdi”

“Futbolçularımı təbrik edirəm. Bizim üçün vacib matç idi. Bir neçə futbolçumuzda şübhəli əzələ zədəsi oldu. Bəzi futbolçular yoruldu, bəlkə zədəlilər də olacaq. Yaxşı çıxışla 3 xal əldə etdik. Azarkeşlərə təşəkkür edirəm, rəqibə uğurlar arzulayıram”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov AzərbaycanPremyer Liqasının 16-cı turunda "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

“Komandamız uzun müddət birlikdə deyildi. Təcrübəli futbolçular belə vacib görüşdə özlərini ələ almalı idilər. Yorğunluq beyinə də təsir edir. Bu, hələlik məni narahat edir. Əvvəlki qarşılaşmalardan nəticə çıxarmışdıq. Futbolçularımı tanıyıram və hər şeyi başa düşürəm”, - deyə o bildirib.

Mütəxəssis bu gün komandasının "Neftçi"dən yaxşı çıxış etdiyini söyləyib: “Əvvəlki matçlarda istifadə olunmayan qol şanslarından yararlandıq. “Neftçi” həmişə “Neftçi”dir. Bu gün bizim oyunumuz daha yaxşı alındı”.

Q.Qurbanov kapitan Maksim Medvedevin müdafiənin sağında çıxış etməsi bağlı deyib: “O, daha çox təcrübəsinin hesabına oynadı. Maksim üçün birdən-birə orada çıxış etmək asan deyil. Həm də uzun müddət zədəli idi və oyun təcrübəsi az idi. Daha yaxşı Maksim görmək istəyirik”.

O, futbolçusu Ramil Şeydayev haqda da danışıb: "Rəqib qapıçı yaxşı oynadı. Hücumçunun borcudur ki, qol epizodlarına girsin və istifadə eləsin. Bu gün Ramil yaxşı idi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31