8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qəbələ” İsveçrə şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzaladı

“Qəbələ” İK Avropanın innovativ şirkətlərindən olan, idman sənayesi üçün texnoloji həllər və yeniliklər təklif edən “Blocksport” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, 3 ili əhatə edəcək müqaviləyə əsasən, İsveçrə şirkəti “Qəbələ” azarkeşləri üçün fan tətbiqin hazırlanmasını, klubun fan tokenlərini, eləcə də unikal NFT kolleksiyalarının buraxılmasını həyata keçirəcək.

Bu, Qafqaz regionunda tətbiq olunan ilk blokçeyn tərəfdaşlığıdır. Sözügedən addım azarkeşlərin klubla əlaqələrinə və fəaliyyətlərinə yeni təcrübə gətirəcək. Rəqəmsal ekosistem azarkeşlərə klub ilə tətbiq üzərindən əlaqələr qurmağa - xüsusi sorğular və səsvermələr keçirməyə, unikal məzmun yaratmağa, proqnozlar verməyə, fan çatlarda söhbətlər aparmağa - imkanlar yaradacaq. Tətbiq yaxın müddətdə azarkeşlərin istifadəsinə veriləcək.

“Blocksport” idman sənayesi üçün həllər təqdim edən yenilikçi texnologiyaların təminatçısıdır. Bu gün şirkət dünyanın fərqli bölgələrində müxtəlif idman növləri üzrə fəaliyyət göstərən 40-dan çox klub ilə əməkdaşlıq edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31