9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Nant” - “Qarabağ” oyununda danimarkalı hakimlər

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Nant" (Fransa) - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, matçı Danimarka Futbol Federasiyasından Yakob Kehlet idarə edəcək. 

Ona həmyerliləri Lars Hummelqaard və Viktor Skutte köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jorgen Burçardt yerin yetəricək.

VAR hakimi Jeroen Mansçot, onun köməkçisi Rob Dieperink (hər ikisi Niderland) olacaq.

Oktyabrın 27-i  Fransada keçiriləcək "Nant" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Y.Kehlet 2020-ci ildə Avropa Liqasının 4-cü turunda "Qarabağ"ın "Sivasspor"la matçının da baş hakimi olub. Həmin görüşdə Ağdam təmsilçisi 2:3 hesabı ilə uduzub. Bu görüşdə o, "Qarabağ"a 2, rəqib komandaya isə 3 sarı vərəqə göstərib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31