8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qurban Qurbanov və Elmar Baxşıyevdən sonra ən sakit məşqçi mənəm”

RƏŞAD SADIQOV: “KOSMOSDAN DA GÖRÜNÜRDÜ Kİ, O EPİZODDA SARI VƏRƏQƏDİ”

“Oyunlar zamanı çox emosional olmağımla razı deyiləm. Kaş ki, 90 dəqiqə bir kamera ancaq bizim ehtiyat oyunçular skamyamızı çəkərdi və dediklərimin həqiqət olduğunu görərdiniz. Qurban Qurbanov və Elmar Baxşıyevdən sonra ən sakit məşqçi mənəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov CBC Sport-da yayımlanan “Bizim futbol” verilişində deyib.

R.Sadıqov qeyd edib ki, bu mövsüm yalnız bir dəfə emosional şəkildə hakimlərə etiraz edib: “Bəli, mən emosionalam. Amma baxın görün kim sakitdi. Hamısı dostlarım, qardaşlarımdı, amma bu gün Tərlan Əhmədov, Samir Abasov, Ayxan Abbasovla müqayisədə sakitəm. Bu mövsüm yalnız bir dəfə, “Sumqayıt”la oyunda VAR-a baxılan epizodda ciddi şəkildə etiraz etmişəm. Ümumi götürsək, baxmaq lazımdı ki, hansı komandaya qarşı nə qədər səhvlər olur, kim nə qədər etiraz edir. Mən indiyə kimi etiraz etdiyim qədər də etiraz etməmişəm. Hər epizodu təhlil etsəm, etirazların sayı qat-qat çox olar”.

“Zirə”nin çalışdırıcısı bildirib ki, əvvəlki mövsümlərdə komandası hakim səhvləriindən çox ziyan çəkib: “Son mövsüm “Zirə”yə qarşı hakim səhvlərinin sayı azalıb. Amma ilk 2 ildə çox haqsızlıq olub. Mən komandanı çalışdırdığım ilk ildə məhz hakim səhvlərinə görə avrokuboklardan kənarda qaldıq. Demirəm bu qərəzdi, amma hakim səhvləri əvvəl çox olurdu. Məsələn, iki il əvvəl “Qəbələ” ilə avrokuboklar baxımından həlledici oyunda kosmosdan da görünürdü ki, sarı vərəqədi. Amma hakim Omar Haniyə ikinci sarı vərəqəni göstərmədi. Səbəbini soruşanda mənə dedilər ki, həmin epizod üçün ikinci sarı vərəqə çox ağır qərardı. Məgər futbolda belə şey var? Bəs bu mövsüm “Sabah”la səfər oyununda Coşqun Diniyevə göstərilən sarı vərəqə o epizod üçün ağır deyildi?”

R.Sadıqov bildirib ki, ölkəmizdə yaxşı hakimlər var: “5-6 nəfər var ki, istəyəndə çox gözəl hakimlik edirlər. Məsələn, “Sabah”a qarşı keçirdiyimiz son oyunumuzda 1 epizod xaric meydanda ideal hakimlik var idi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31