9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Mənim üçün əsas hədəf avrokuboklardan kənar qalmamaqdı”

“Könül istəyər ki, çempionluq uğrunda mübarizə aparasan. Lakin bugünkü gücümüz avrokuboklar, üçüncü yer uğrunda yarışmağa imkan verir. Futbolçularımın da dördüncü yerlə kifayətlənməməsi məni də sevindirir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

CBC Sport-da yayımlanan “Bizim futbol” verilişində qonaq olan mütəxəssis məşqçi kimi cari mövsüm üçün əsas hədəfini də açıqlayıb: “Bu mövsüm rəqabət daha da gərgindi. Məşqçi kimi mənim üçün əsas hədəf avrokuboklardan kənar qalmamaqdı. Düzdü, avrokuboklarda çox mərhələ keçmək şansımız real deyil. Çünki güclü rəqiblərlə qarşılaşırıq. Amma istənilən halda Azərbaycanda fərqlənib, qitə kuboklarına vəsiqə qazanan 4 komandadan biri olmaq istəyirik”.

“Zirə”nin çalışdırıcısı qeyd edib ki, cari mövsüm 5 komanda avrokuboklara vəsiqə verən 4 yer uğrunda yarışacaq: “Bu mövsüm 5 komanda digərlərindən fərqlənir. İlk 4 yer uğrunda 5 komanda iddialıdı. “Qarabağ”ın gücü ortadadı. “Neftçi” sona kimi mübarizə aparacaq. “Sabah” artıq inamlı çıxışı ilə bir qədər irəli çıxıb. Eləcə də “Qəbələ” sona kimi yarışacaq. Bir sözlə, bu 5 komanda arasında gərgin mübarizə gedəcək. Kuboku da unutmaq olmaz”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31