9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Rəşad Sadıqov: “Qarabağ” ən möhtəşəm mövsümünü keçirir”

“Qarabağ”ı əldə etdiyi uğurlar münasibəti ilə tərik edirəm. Bizə möhtəşəm mövsüm yaşadırlar. Həm oyun, həm də nəticə baxımından. Komandanın sərgilədiyi oyundan qürur hissi keçiririk. Məncə, “Qarabağ” ən möhtəşəm mövsümünü keçirir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

CBC Sport-da yayımlanan “Bizim futbol” verilişində qonaq olan mütəxəssis futbolçu kimi karyerasını başa vurduğu “Qarabağ”ın cari mövsüm avrokuboklardakı çıxışı barədə danışıb.

Sadıqov qeyd edib ki, “Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki çıxışı yaxşı mənada təəccüb doğurub:“Pley-off mərhələsində hər dəfə püşkatmada “Qarabağ”a bir-birindən güclü rəqiblər düşürdü. Bununla belə, komanda Avroliqada qrupa düşdü. Qrup mərhələsinin püşkatmasından sonra çoxları “Qarabağ”ın işinin çətin olacağını düşünürdü. Amma sona 2 tur qalmış komanda artıq ən pis halda üçüncü yeri təmin edib. “Nant”la matç “Qarabağ”ın bu mövsüm ən ağır oyunu olacaq. Rəqibin də son şansıdı”.

Rəşad Sadıqov Ağdam klubunun qrupda ikinci yeri tutacağına inandığını vurğulayıb: “Nant”a qarşı səfərdə Bakıdakından fərqli bir qarşılaşma izləyəcəyik. Heç-heçə əla nəticə olardı. Son 2 matçı əvvəlki qarşılaşmalardan ayırardım. Bəlkə “Qarabağ” müdafiədən oynadı. Çünki rəqiblər də komandamızı təhlil edirlər. “Qarabağ”ın xarakterinə, Qurban Qurbanovun təcrübəsinə güvənib, inanıram ki, bu qrupda “Qarabağ” ikinci yeri tutacaq. Bu qrupda üçüncü yer belə gözəl nəticədi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31