9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Sabah”dan ikiqat yubiley

Premyer Liqanın XI turunun “Neftçi” ilə oyunundakı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, paytaxt klubu ölkə çempionatının yüksək dəstəsində 40-cı dəfə üç xal qazanıb. Bakılılar bunadək keçirdiyi 114 matçda 39 dəfə qalib gəlmişdi. 115-ci qarşılaşmada əldə olunan 3:2 hesablı nəticə 40-cı qələbə kimi tarixə düşüb.

Öz meydanında 20 dəfə üç xal qazanan “Sabah” səfərdə də 20-ci uğuruna sevinib. Paytaxt təmsilçisi 58-ci görüşdə bu rəqəmə çatıb.

Qeyd edək ki, “Sabah” həm Premyer Liqada, həm də səfərdə ilk uğurunu 2018-ci il avqustun 12-də “Keşlə” (indiki “Şamaxı”) ilə matçda əldə edib - 1:0.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31