8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

“Qarabağ” sabah Fransaya yollanacaq

UEFA Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşacaq “Qarabağ” oktyabrın 25-i Fransaya yollanacaq.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Oktyabrın 26-da saat 19:10-da (Bakı vaxtı ilə 21:10) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 19:30-da isə (Bakı vaxtı ilə 21:30) matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31