8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qəbələ” - “Kəpəz”: 22-ci duel

“Qəbələ” bu gün Premyer Liqanın XI turunda “Kəpəz”lə üz-üzə gələcək.

Futbolxeber.az saytının məlumatına görə, bu, iki komanda arasında 22-ci duel olacaq.

Rəqiblər indiyədək 21 dəfə qarşılaşıb. Bu oyunların hamısı Premyer Liqa çərçivəsində keçirilib.

Hesabında 10 qələbə olan “Qəbələ” 5 heç-heçə edib və 6 dəfə uduzub. “Qırmızı-qaralar” top fərqində də öndədir – 28-16. “Kəpəz”lə görüşlərdə Baqali Dabo və Filip Ozobiç daha çox - hərəyə 3 qol vurub.

11-ci dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 6 dəfə qalib gəlibsə, 2 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 14 qol vuran “Qəbələ” qapısından 6 top buraxıb

“Qırmızı-qaralar” son 4 qarşılaşmada qələbə əldə edib. Ardıcıl üç oyunda qol buraxmayan komandam son iki qələbəsi böyük hesabla olub.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Kəpəz” matçı saat 16:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31