8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qarabağ” - “Sumqayıt” oyununda iki “100”

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Qarabağ” - “Sumqayıt” qarşılaşması iki futbolçu üçün yubileylə yadda qalıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Abdullah Zubir və Elvin Bədəlov Azərbaycan çempionatında 100-cü matçını keçirib.

2018-ci ilin yayında “Qarabağ”a keçən yarımmüdafiəçi bu oyunda sonradan meydana çıxıb. Premyer Liqada 5-ci mövsümünü keçirən Zubir yalnız Azərbaycanda Ağdam klubunun formasını geyinib. O, 2018/19 mövsümündə 23, 2019/20 mövsümündə 19, 2020/21 mövsümündə 26, ötən çempionatda 25 dəfə şans qazanıb. Bu yarışda isə 7-ci dəfə meydana çıxıb.

Elvinin Premyer Liqadakı debütü daha əvvələ təsadüf edib. 2013/14 mövsümündə “Neftçi”nin heyətində şans qazanan müdafiəçi bu komandadakı 4 mövsümdə 41 oyun keçirib. 2018-ci ilin yayından “Sumqayıt”ın şərəfini qoruyan müdafiəçi “Gənclik şəhəri” təmsilçisindəki 59-cu matçına start “11-lik”də başlayıb.

Qeyd edək ki, “Azərsun Arena”dakı matçda meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31