8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Yankoviç: "Qol vurduğum üçün xoşbəxtəm"

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Futbolxeber.az saytının məlumatına görə, komandasının 3-cü qolunun müəllifi əvvəlcə matç barədə fikirlərini bildirib:"Qələbə qazanacağımıza ümidliydik. Nəticə bunu göstərir. Hər oyun daha da inkişaf edirik. Bu, olduqca vacibdir. Turnirdə rəqiblərimiz güclüdür. Öz meydanımızda yaxşı oyun sərgilədik. Yaxşı başlamasaq da, dəqiqələr ötdükcə oyunu ələ almağı bacardıq. Qələbədən məmnunuq. Komanda yoldaşlarımı təbrik edirəm". 

Yankoviç "Psixoloji olaraq motivasiyanız nə idi" sualını belə cavablandırıb: "Xüsusi bir şey deyə bilmərəm. Ümumilikdə, böyük beşlik liqaların komandalarına qarşı oynamaq böyük təcrübədir. Onlar sənə çox şans yaratmağa imkan vermirlər. Geniş sahədə oynamağa şərait yaratmırlar. Bu isə olduqca çətindir. İlk 15-20 dəqiqədə düşünürəm ki, komandalar bir-birini təhlil edirdilər. Biz çox təzyiq göstərmədik. Rəqib də xüsusi nəsə edə bilmədi. Dəqiqələr irəlilədikcə oyunu ələ ala bildik". 

O, qol qol vurduğu üçün xoşbəxt olduğunu qeyd edib: "Zərbə vuranda, bunun qol olacağını gözləyirəm. Bəzən şansları qaçırsam da, bu gün qol vurduğum üçün xoşbəxtəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31