8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Belə bir çətin gündə bu cür matçda qələbə qazandığımız üçün ikiqat xoşbəxtik"

“Çətin oyun oldu. Belə  bir çətin gündə bu cür matçda qələbə qazandığımız üçün ikiqat xoşbəxtik. İddiamızı ortaya qoyduq. Gələn oyunlara hazırlaşıb daha yüksək nəticələr əldə etmək üçün çalışacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sona jurnalistlərə açıqlamasında deyib. 

"Əlbəttə ki, ilk hissənin başlanğıcında oyuna tam köklənə bilməmişdik. Buna görə çətinlik çəkdik. Sonrakı dəqiqələrdə isə daha yaxşı çıxış edib qollar vurduq" - deyə o bildirib. 

B.Mustafazadə qazandıqları qələbənin 3-cü turda "Olimpiakos"la oyun öncəsi onlara motivasiya olduğunu söyləyib: "Üç xalımız var. Bunu daha da artırıb qrupdan çıxmaq üçün çalışacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31