Ölkə futbolu
"Transfer etməməyimiz o demək deyil ki, qrupa ümidsiz gedirik"
"Vacib 3 xal qazandıq. Mən həmişə bildirmişəm ki, Qəbələdə oynamaq asan deyil. Öz proqramımız üzrə hazırlaşırdıq. Demək olar ki, hər şey istədiyimiz kimi alındı. Vacib 3 xal qazandıq. "Kəpəz"ə uğurlar arzulayıram".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 5-ci turunda bu gün "Kəpəz"ə qalib gəldikləri səfər matçından (1:0) sonra mətbuat konfransında deyib.
- Transfer pəncərəsinin bağlanmasına saatlar qalıb. Bu müddətdə transfer gözlənilir?
- Yox. Hələ ki, alınmadı
- Belə görünür ki, "Qarabağ"ın Avropa Liqasında əsas qol ümidi Kvabena Ovusu olacaq. Ovusu bu gün Premyer Liqada ən çox qol buraxan "Kəpəz"lə oyunda epizodları dəyərləndirə bilmədi. Ondan avroliqada nə gözləmək olar?
- Belə tez neqativ yanaşmaq lazım deyil. Bizim gedən oyunçularımız çox olub. Amma uğurları qorumağa çalışmışıq. Keçən ilə baxsaq, görərik ki, qrup mərhələsinə qədər hücumçumuz təkcə Ramil Şeydayev idi və biz qrupa düşdük. Hazırda hücum xəttində Ramil, Ovusu, gənc Musa da var. Məni tənqid edirlər ki, Musanı da meydana burax. Çalışırıq ki, hər şeyi düzgün edək. Belə halla heç vaxt üzləşməmişdik. Hansı ki, transfer pəncərəsinin bağlanmasına üç gün qalmış hücumçumuzu ölkə xaricinə verdik, özü də tanınmış, yüz illərlə tarixi olan komandaya. Belə transferlər olanda bizim çempionata diqqət artır, maraq oyanır. Peşəkar olaraq öz işimizi görməyə çalışırıq. Son bir ayda transfer bazarında aktiv çalışırdıq. Sadəcə olaraq tam istədiklərimizi əldə edə bilmədik. Bu gün oyuna gələnə kimi də transfer məsələləri ilə məşğul olurdum. Hətta son dəqiqələrə kimi oyunçuya baxırdım, danışıqlar aparırdım. Alınmadı. Bu, o demək deyil ki, biz qrupa ümidsiz gedirik. Azarkeşərimizi sevindirmək, hər rəqibə qarşı məksimum mübarizə aparmaq üçün çalışacağıq. Heyətdə rotasiyalara gedəcəyik. Bu gün neqativ yanaşsaq, futbolçular inamsız ola bilər. Əlimdə olan futbolçulara güvənirəm. İki mövqeyə transfer istəyirdim, alınmadı. Ola bilər qışda alınsın, olmasa gələn yayda. Ümumən düşünürəm ki, Vadjinin transferi Azərbaycana marağı yüksəldəcək.
- Futbolçularınız çox rahat idi, sanki oyuna köklənməmişdilər. Siz necə düşünürsüz?
- Futbol çox gərgin oyundur. İnsan ilboyu özünü sağlam, gümrah hiss edə bilməz. Özünüz gördüz ki, son iki ayda "Qarabağ" olaraq hansı futbolçular hansı ağır yükü daşıyıb. Son mövsüm bitəndən sonra demək olar ki, istirahət etməyə vaxtımız olmadı. Çünki Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən başlamışdıq. Qrupa kimi olan mikrotsikli bir mövsüm kimi hesab edirəm. Bu, heç də asan deyil. 4 komandaya qarşı 8 oyunumuz oldu. Bütün oyunlar gərgin keçdi, asan matç olmadı. İki ay ərzində hər gün rəqibi, oyunu fikirləşirdik. Buna baxmayaraq, bu gün xeyli qol epizodumuz oldu. Mənim təcrübəm bu cür oyunları görüb. Belə suallar hərdən olur. İnanın ki, bu gün komandam qalib gəlməyi çox istəyirdi. Mən futbolçuları çox gözəl başa düşürəm. İlboyu eyni tempdə, eyni sürətdə oynamaq heç də asan deyil.
- Bu gün Şahruddin Məhəmmədəliyevə çox da iş düşmədi. Çox vaxt cərimə meydançasındən kənarda dayanırdı. Sizdə bir narahatlıq olmadı ki, birdən "Kəpəz"in futbolçuları uzaqdan zərbə vurarlar?
- Məncə, Şahruddinin səhvi sizin düşündüyünüz dərəcədə deyil. Bu gün bizim komanda rəqibin cərimə meydançasının yanında idi. Şahruddinin orada oynamağı da oyuna görədir. Bu gün biz çalışırıq ki, oyunumuzu maksimum rəqibin zonasında quraq. Belə olan halda bir-birimizdən çox da aralanmalı deyilik. Belə qollar, qapıçı səhvləri dünya futbolunda heç də az olmayıb. Bir səhvi çox hallandıranda insanda ümidsizlik olacaq. Mənim üzərimə də bu qədər gəlinir. Çünki baş məşqçi mənəm. Hər şeyi düzgün etməyə çalışırıq. Hər səhvə görə futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər. Mənim üçün kollektiv, ürəyini qoyan insanlar çox önəmlidir. Futbolçularımın hər birinə güvənirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
- “Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
20:55
"Səbail" "Qəbələ"ə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib
-
15:51
II Liqada hakim təyinatları
-
15:38
Azərbaycan üzgüçüləri Rusiyada 9 medal qazanıblar
-
15:17
Millimizin yeni rəqibi açıqlandı
-
14:49
“Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
-
14:22
Azərbaycan Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri dəqiqləşib
-
14:05
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
-
13:53
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
-
13:36
Azərbaycanı Avropa çempionatlarında 22 samboçu təmsil edəcək
-
13:14
Millimizin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
-
12:47
Azərbaycan kuboku: Final öncəsi kapitanlardan atmacalı açıqlama
-
12:28
İldar Alekperov: "Həlledici zərbələr çatışmırdı"
-
11:59
Region Liqasında yarımfinal mərhələsinin təqvimi müəyyənləşib
-
11:31
Azərbaycanlı futbolçunun komandasında qalmaqal: "5 aydır köhnəlmiş çörək yeyirik"
-
11:15
"Neftçi"nin təkrarlanan antirekordu
-
11:03
"Sumqayıt" rekordunu təkrarlayıb
-
10:52
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
-
10:36
"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb
-
10:24
"Yarımfinal daha sərt keçəcək"
-
10:11
"Qalatasaray" "Sivasspor"u darmadağın etdi VİDEO
-
09:59
“Vurduğum qoldan zövq aldım”
-
09:47
Coşqun Diniyev “Erzurumspor” üzərində qələbəyə sevindi
-
09:30
"Milan" - "Cenoa" matçında 6 qol VİDEO
-
23:25
Renat ehtiyatda qaldı komandası büdrədi
-
23:08
“Qəbələ”nin 3 futbolçusu “Səbail”ə qarşı oynamayacaq
-
22:44
Şeydayevin komandası darmadağın oldu
-
22:13
Elmar Baxşıyev: “Sabah” bəxt sayəsində qalib gəldi”
-
20:57
“Zirə” ikinci pilləyə yüksəldi, “Araz-Naxçıvan” uduzdu
-
20:20
"Zirə"dən vacib qələbə VİDEO
-
19:39
Ayxan Abbasov: "Rəhbərliyə söz vermişəm, bacarmasam, çıxıb gedəcəm"
-
19:26
Rəşad Sadıqov: "Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır"
-
19:11
Musa Qurbanlının komandası qalib gəldi
-
13:00
Rahilin komandası aşağı liqaya düşdü
-
11:51
Qara dəniz derbisini "Samsunspor" qazandı VİDEO
-
11:42
"Latsio" üçün son dəqiqə şoku VİDEO
-
11:33
"Jirona" "Barselona"nı diz çökdürdü VİDEO
-
11:24
"Real"a çempionluq gətirən qələbə VİDEO
-
11:15
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
-
11:08
"Bavariya" uduzdu VİDEO
-
10:56
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
-
10:29
Şahruddinin inamlı oyunu qələbə gətirdi VİDEO
-
10:17
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb
-
10:00
"İnter" 29 oyundan sonra uduzdu VİDEO