8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Laurentsiu Regekampf: "Nəticə məni qane etməsə də..."

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində "Sivasspor"la keçirdikləri yoxlama matçı (0:1) barədə fikirlərini bölüşüb. 

Futbolxeber.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis klubun televiziyasına açıqlamasında deyib:

"Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Çünki bu gün çoxlu epizodları sağa-sola xərclədik. Son həftədə çox ağır məşqlər keçirmişik. Hər oyunda həm A sistemi, həm də B sistemi olur. Hər iki sistemə hazır olmalıyıq. Yoldaşlıq görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik. O qədər də oyun stresi olmur". 

Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında Türkiyə "Sakaryaspor"u ilə 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31