9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Lex"i Bakıda əsl cəhənnəm gözləyir"

"Bu oyunda favorit Azərbaycan çempionudur. "Lex" mərhələni keçmək istəyirsə,  ilk oyunda məsələni həll etməlidir. Yalnız yaxşı nəticə Poznan təmsilçisinə cavab görüşü barədə nikbin düşünməyə imkan verə bilər. "Qarabağ" əla və təcrübəli komandadır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Ağdam təmsilçisinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa "Lex"i ilə ilk oyunu öncəsi Polşa mətbuatına müsahibəsində deyib.

Hazırda Polşa "Visla"sında çıxış edən müdafiəçinin sözlərinə görə, "Lex" nə olursa olsun qələbə qazanmalıdır: "Çünki onları Bakıda cavab oyununda "cəhənnəm" gözləyir. İyunun əvvəlindən orada inanılmaz dərəcədə istidir. Adətən 30 dərəcədən çox olur. Yadımdadır, biz qrup mərhələsində Avropadan gələn komandalarla evdə oynamışdıq. Rəqiblər adətən 45 dəqiqədən sonra “ölürdülər”. Çempionlar Liqasının seçmə mərhələsinin son turunda “Kopenhagen”lə görüşdə ​​rəqibin birinci hissədən sonra enerjisi tükənmişdi".

Polşalı futbolçu bildirib ki, "Lex" "Qarabağ"ın cinah oyunçuları ilə bağlı diqqətli olmalıdır: "Abdullah Zubir artıq "Legiya" ilə matçda əla çıxış edib. İkinci çox təhlükəli oyunçu isə Kadidir. Braziliyalı ötən mövsüm 20 qol vurub və bütün yarışlarda 17 qolun ötürməsini verib. Cinah müdafiəçiləri kifayət qədər hücumda olduğu üçün "Lex" problemlə üzləşə bilər. Burada onlar müdafiəyə diqqət yetirməli olacaqlar.  Meydançanın ortasında Filip Ozobiçə diqqət yetirməlidir. Son vaxtlar o, hər mövsüm ikirəqəmli qollar vurur, həm də çoxlu ötürmələri verir"

O, bugünkü matçda Ağdam təmsilçisinə azarkeşik edəcəyini söyləyib: "Avrokuboklarda oynayacaq 4 Polşa klubuna uğurlar arzulayıram. Qarabağ" və bu komanda ilə Çempionlar Liqası ilə bağlı gözəl anlar yaşadım. Oradakı dostlarımla hələ də əlaqə saxlayıram. Bunu nəzərə alsaq, ürəyim "Qarabağ"a daha yaxındır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31