8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Qarabağ" Almaniya və Rumıniya klubları ilə bərabərə qaldı

Çempionlar Liqasına Avstriyada hazırlaşan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu günün ilk oyununda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Holştayn Kiel"lə üz-üzə gəlib. Oyunun ilk hissəsində Ağdam təmsilçisi Ramil Şeydayevin qolları ilə hesabda öndə olub. Fasilədən sonra rəqib iki qol vuraraq hesabı bərabərləşdirib. Matç 2:2 hesabı ilə yekunlaşıb.  

Qurban Qurbanovun komandası günün ikinci oyununda Rumıniyanın yüksək liqa təmsilçisi “Universitatya Krayova” ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Filip Ozobiç 16-cı dəqiqədə hesabı açsa da, 20 dəqiqə sonra rəqib status-kvonu bərpa edib. 

Qeyd edək ki, Ağdam klubu ilk yoxlama oyununda "Botoşani"ni (Rumıniya) 4 cavabsız qolla məğlub edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31