9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Bu təlim-məşq toplanışının faydasını gələcək oyunlarda görəcəyik”

Türkiyədə təlim-məşq toplanışını başa vuran və hazırlıq çərçivəsində Türkiyə yığması ilə iki yoldaşlıq oyunu keçirən qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov affa.az saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, hazırlıq prosesinin komandamız üçün faydalı olduğunu bildirib:

“İyunun 18-dən təlim-məşq toplanışına başladıq. Toplanış müddətində gündə iki dəfə olmaqla məşq və iki beynəlxalq səviyyədə yoldaşlıq oyunu keçirdik. Türkiyə ilə iyunun 25-də keçirdiyimiz ilk oyunda komandamız yorğun olmasına baxmayaraq, pis təsir bağışlamadı. Xüsusən ilk hissədə başabaş mübarizə apardıq. Ancaq dediyim kimi, fasilədən sonra yol yorğunluğu özünü büruzə verdi və nəticədə 0:2 hesabı ilə məğlub olduq. 

Türkiyə millisinə qarşı ikinci oyunumuz isə daha yaxşı alındı. Hesabda geri olmağımıza baxmayaraq, toparlanmağı bacardıq, hətta 2 top vurub hesabı lehimizə dəyişdik. Təəssüf ki, son dəqiqələrdə penaltidən qapımızdan top buraxdıq. Hesab edirəm ki, nəticə oyuna görə olmadı. Hər iki hissədə yaratdığımız imkanlardan yetərincə istifadə edə bilmədik. Bu təlim-məşq toplanışının və yoldaşlıq oyunlarının əsas məqsədi sentyabrda keçirəcəyimiz rəsmi oyunlara daha yaxşı hazırlaşmaqdır. İnanıram ki, bu təlim-məşq toplanışının faydasını gələcək oyunlarda görəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31