9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

İlin ən yaxşılarına “Tofiq Bəhramov mükafatı” təqdim olunub

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasının 2021/2022-ci illər mövsümündə fərqlənən referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, Hakimlər Komitəsinin sədri Fritz Stuchlik və futbol veteranı Rüstəm Rəhimov iştirak edib.

Yazılı səsvermə nəticəsində “Tofiq Bəhramov mükafatı”na referi Elçin Məsiyev və referi köməkçisi Namik Hüseynov layiq görülüb.

Mükafatın əsasnaməsinə uyğun olaraq həyata keçirilmiş səsvermədə Peşəkar Futbol Liqasının prezidenti, Premyer Liqa klublarının baş məşqçisi və kapitanı, Hakimlər Komitəsinin və Futbol Hakimləri Birliyinin sədri iştirak ediblər.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin 29 yanvar 2021-ci il tarixli iclasında mövsüm ərzində fərqlənən hakimlərə təqdim olunması üçün “Tofiq Bəhramov mükafatı”nın təsis olunması barədə qərar qəbul olunub, komitənin 31 may 2021-ci il tarixli iclasında isə mükafatın əsasnaməsi təsdiqlənib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31