8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Kubokda finatçılar müəyyənləşdi

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, günün ilk oyununda “Qarabağ” “Qəbələ”ni qəbul edib. Səfər oyununda 3:1 hesablı qələbə qazanan Ağdam klubu cavab görüşündə də 5 cavabsız qol vurmaqla adını finala yazdırıb.

Digər qarşılaşmada isə “Neftçi” “Zirə”ni sınağa çəkib. Tərəflər arasındakı ilk qarşılaşmada olduğu kimi, bu dəfə də qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan Rəşad Sadıqovun komandası tarixində ilk dəfə finala adlayıb 

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunlar

29 aprel (cümə)

“Neftçi” - “Zirə” - 0:0 (Penaltilər seriyası - 2:4)

İlk oyun - 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov

“Bakcell Arena”

“Qarabağ” - “Qəbələ” - 5:0 

Qollar: Ramil Şeydayev, 5, Kadi Borqes, 13-pen. 17, Leandro Andrade, 37, Ramil Şeydayev, 58

İlk oyun - 3:1

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev

“Azersun Arena”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31