9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Qurban Qurbanov: "İnanın, bu barədə heç düşünməmişəm"

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Neçə gündür ki, buradadılar. İstər-istəməz öz yaxınlardan, əzizlərindən uzaq idilər. Bir az psixoloji yorğunluq var idi. Vacib olan üç xalı qazanmaq üçün meydanda xeyli əziyyət çəkdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turunda bu gün "Qəbələ" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 2:0 hesablı qələbəni belə şərh edib: "Oyun bir az sönük görünə bilər. Amma ümumi fiziki göstəricilərə baxsaq, futbolçular xeyli güc sərf etdi. "Qəbələ" də məğlub olmaq istəmirdi. Onlara da uğurlar arzu edirəm. Bu komandaya qarşı oynamaq xoşdur. Amma 9-10 gün içərisində ardıcıl 3 dəfə oynamağın futbolçulara istər-istəməz mənfi təsiri var. Hər bir halda çalışacağıq ki, "Qəbələ" ilə kubokun cavab oyununa da komandanı yaxşı formaya gətirək ki, daha yaxşı oyun göstərsinlər".

- Sizcə, bu gecə "Qarabağ"ın çempionluq gecəsidir?

- İnanın, bu barədə heç düşünməmişəm. Amma reallığa baxsaq, ola bilər. "Neftçi" də elə-belə məğlub olmur, sona qədər mübarizəni aparmaq istəyir. Oturub gözləyəcəyik.

- "Qarabağ"ın çempionluğuna nəsə mane ola bilər?

- Allah qorusun, bundan sonrakı məğlubiyyətlərimiz bizə mane ola bilər. Amma çalışmalıyıq ki, onları düşünmədən qarşıdakı oyunlara ciddi hazırlaşaq. Şansı rəqibi verməməyə çalışmalıyıq. Bilirsiz, hər bir halda mən həmişə ehtiyatlanıram. Bir şeyi qazanmamışamsa, "mütləq qazanmışam" deyə bilmərəm. Çünki məndən asılı olmayan məqamlar var. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31