7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

"Azərbaycanda limit götürülməlidir"

“İlk dəqiqədən gərginlik hiss olunurdu. İki komandada uduzmaq istənirdi. Kubokun ilk matçları əsasən bu məcrada keçir. Bu gün əsas məsələ uduzmamaq idi. Şikayət etmək istəmirik, reallıq budur. Son matçlara itkilərlə çıxırıq. Ehtiyatdakı oyunçularla bağlı problemlərimiz var. Amma indi elə dönəmdəyik ki, bu barədə düşünmürük. Bundan sonra çempionat matçına köklənəcəyik. Məqsədimiz uduzmamaq, seriyanı davam etdirməkdir. Bu yolda davam edəcəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis bildirib ki, heyətdəki itkilər bugünkü görüşə ciddi təsir etməyib: "Amma ümumi duruma təsirsiz ötüşmür. Bu gün Voislav Stankoviç yoxdursa, deməli, problem var. Sezar Meza Kollinin yüngül zədəsi var idi. Ona görə bu gün son dəqiqələrdə şans verdik".

Baş məşqçi legioner limiti ilə bağlı məsələdən də söz açıb: "Mənim istəyimi bilirsiniz. Bu yöndə həddindən artıq sərtəm. Azərbaycan futbolunda limit götürülməlidir. Bu, bizim inkişafımıza ziyandır. 5 əvəzetmə yaxşı variantdır. Bütün ölkələr bunu edirsə, biz niyə etməyək? Hər şeyi zaman göstərəcək".

Abasovun sözlərinə görə, komandası daha əvvəl səfər qolunun əziyyətini çəkib: "Amma bugünkü qərar düzgündür. Hər vəziyyətə uyğunlaşmaq lazımdır".

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 29-da keçiriləc

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31