9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Elxan Məmmədov təyinatı haqda: “Bunu məsuliyyət və şərəflə qəbul edirəm”

Mayın 1-dən FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru olacaq Elxan Məmmədov fəaliyyətini FIFA-nın Paris ofisində davam etdirəcək.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Elxan Məmmədov yeni təyinatı ilə əlaqədar deyib: “FİFA-ya qoşulmaq çox xüsusi bir haldır. Bunu məsuliyyət və şərəflə qəbul edirəm. FIFA hazırda futbolu dünyanın hər nöqtəsində əhatə edən lokomotivdir. FIFA komandasıyla və üzvlərimizlə birlikdə əminəm ki, həm qadın, həm də kişi futbolunun inkişafı üçün yeni ideyaların həyata keçirilməsini davam etdirəcəyik”. 

O deyib ki, futbolun idarəedilməsi və davamlı inkişafı onun üçün ən maraqlı sahələrdəndir və bu mövzuda FIFA-nın prezidenti Canni İnfantino ilə məqsədləri ortaqdır: “Son 15 ildə AFFA-da fəaliyyətim mənə idman sahəsində mühüm təcrübə qazandırıb. AFFA prezidentinə və komandamıza uzun və xoş əməkdaşlığımıza, effektiv idarəetmə qurduğumuza, kütləvi futbolun inkişafına və möhtəşəm tədbirlərin təşkilinə görə təşəkkür edirəm. Bu təcrübəni yeni mövqeyimdə daha geniş miqyasda tətbiq etmək üçün əlimdən gələni edəcəyəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31