8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

AFFA peşəkar hakimlərin sayını və məvaciblərini açıqladı

Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən 10 baş hakim və 15 referi köməkçisinə peşəkar hakim statusu veriləcək.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı həmin hakimlərin hər biri ilə müvafiq müqavilə imzalanacaq.

Peşəkar hakim statusuna malik olan referilərə, oyunlara təyinat alıb-almamalarından asılı olmayaraq, aylıq 1000 manat (gross), referi köməkçilərinə isə 700 manat (gross) məvacib ödəniləcək. Onlar əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar.

Peşəkar statusu daşıyan hakimlər digər işdə də çalışa bilər, lakin həmin şəxs üçün prioritet hakimlik olmalı, seçim qarşısında qalarsa, üstünlüyü peşəkar hakim statusu ilə əlaqədar bağladığı müqaviləyə verməlidir.

Ciddi səhvə yol verəcəyi təqdirdə, müvafiq hakim peşəkar statusundan müəyyən müddətə məhrum oluna bilər. Peşəkar statusu ləğv olunan hakim aylıq ödənişdən məhrum ediləcək və oyunlara təyinat alacağı təqdirdə, ona yalnız qonorar ödəniləcək.

Hakimlərin peşəkar statusdan məhrum olunması ilə bağlı qərarı Hakimlər Komitəsi verəcək. Zərurət olacağı təqdirdə, AFFA prezidenti və ya İcraiyyə Komitəsi hakimlərin peşəkar statusdan məhrum olunması səlahiyyətinə malikdir.

Hakimlərə peşəkar statusunun verilməsi, onların statusdan məhrum və bərpa olunması ilə bağlı məsələlərə Hakimlər Komitəsi mütəmadi qaydada baxacaq, bununla bağlı ictimaiyyətə şəffaf məlumat verəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31