8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Kramarenko millimizdən ayrıldı

Milli komandamızın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko yığmadakı işindən ayrılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda o, özü Rusiya mətbuatına açıqlama verib.

Moskva ÇSKA-sının məşqçilər korpusunda yer alan Kramarenko artıq iki yerdə çalışmaq istəmədiyini deyib.

O, bundan sonra yalnız klubda işləyəcəyini bildirib: "Ötən gün bu məsələ ilə bağlı qərar verdim. Artıq yalnız ÇSKA-da çalışacağam. Diqqətimi sırf klubdakı işimə yönəldəcəyəm. ÇSKA iki yerdə işləməyimin əleyhinə deyildi. 6 ay bu formada işlədim. Ancaq millidə prinsiplər və qaydalar fərqlidir.

Milli komanda mənim üçün əziz olaraq qalır. Mən Azərbaycanda doğulub, böyümüşəm. İndi belə bir qərar verdik, amma hər an milliyə kömək etməyə şad olaram. Yəqin ki, bu, doğru qərardır. Baxmayaraq ki, klubda da çox sayda səyahət və məşqlər var, indi ailəmlə daha çox vaxt keçirirəm".

Qeyd edək ki, Dmitri Kramarenko bu ilin yanvarından ÇSKA-da işləyir. 2020-ci ildən yığmamızın məşqçilər korpusunda yer alan keçmiş qolkiper daha əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31