8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Stanislav Namaşko: "Ziyafət, əl yükü, hava limanı..."

"Keşlə"  qapıçısı Stanislav Namaşko Azərbaycan kubokundakı qələbəni xüsusi qeyd etməyib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə 35 yaşlı qolkiper ölkəsinin mətbuatına açıqlamasında deyib.
 
Namaşko bu cür məsələlərə xüsusi yanaşmadığını bildirib.
 
Onun sözlərinə görə, matçdan sərhal sonra Moldovaya yola düşüb: "Ziyafət, əl yükü, aeroport... Kubokdakı qələbəni belə qeyd etdim. Çempionatdakı uğursuzluqdan sonra hədəf avrokuboklar və sonuncu olmamaq idi. Sonda istəyimizə çatdıq".
 
Təcrübəli qapıçı rəhbərliyin komandanın qarşısına qoyduğu məqsədə nail olduqlarını vurğulayıb: "Futbol ili çox qeyri-sabit keçdi, yaxşı və uğursuz oyunlar oldu, uğursuzluqlar da oldu. Amma yekunda ölkə kubokunu qazana bildik".
 
"Keşlə" ilə müqaviləsi başa çatan Namaşko gələcəyi barədə danışmaq istəməyib: "Komandada kimin qalacağını yalnız baş məşqçi bilir. Nəyisə təxmin etməyi sevmirəm. Yaxın günlərdə yığmaya qoşulacağam. Hazırda əsas fikrim millinin oyunlarındadır".
 
O, Azərbaycan millisi ilə iyunun 6-da Kişineuda keçirəcəkləri yoldaşlıq oyununa da toxunub: "Azərbaycanda 4 il birlikdə oynadığım uşaqları görmək xoş olacaq. Bəziləri ilə komanda yoldaşı, bəziləri ilə rəqib olmuşam. "Keşlə"dən milliyə dəvət alan Şəhriyar Əliyev və Azər Salahlı ilə danışmışam. Onlarla Kişineuda görüşəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31